Qelebə.az / Kante addım-addım “Fənərbaxça”ya: “Əl-İttihad”ın təklifini rədd etdi

Kante addım-addım “Fənərbaxça”ya: “Əl-İttihad”ın təklifini rədd etdi

15-01-2026, 13:55

"Fənərbaxça" Nqolo Kantenin transferini yekunlaşdırmaq üçün son mərhələyə keçib.

Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

İstanbul təmsilçisi sabah futbolçunun nümayəndəsinin də iştirak edəcəyi görüşdə "Əl-İttihad" rəsmiləri ilə masaya əyləşəcək və keçidi bitirməyə çalışacaq.

Məlumata görə, Kante hazırkı klubunun ona təqdim etdiyi 2 illik müqavilə, 28 milyon avro maaş və 4 milyon avro bonus təklifini rədd edib.

Qeyd edək ki, Kante 2023-cü ildən "Əl-İttihad"da çıxış edir.

Geri qayıt