Qelebə.az / "Qarabağ"ın növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb

"Qarabağ"ın növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb

14-01-2026, 13:48

"Qarabağ" komandasının növbəti yoxlama oyunlarının başlama saatı açıqlanıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yanvarın 16-da iki matça çıxacaq.

İlk rəqib Xotvatiya təmsilçisi "Osiyek" olacaq. "Köhlən atlar" ardınca Polşanın "Zaqlebye" klubu ilə üz-üzə gələcək.

Birinci qarşılaşma saat 12:00-da, ikinci görüş isə 19:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni beş cavabsız qolla üstələyib.

Geri qayıt