Qelebə.az / Azərbaycan millisinin İsveçlə oyununun biletləri satışa çıxarılıb

Azərbaycan millisinin İsveçlə oyununun biletləri satışa çıxarılıb

1-02-2023, 10:49

2024-cü il Avropa çempionatının seçmə mərhələsinin II turunda keçiriləcək İsveç - Azərbaycan oyununun bilet satışına start verilib.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə İsveç Futbol Assosiasiyası məlumat yayıb.

Biletlərin qiyməti sektordan asılı olaraq 150-300 İsveç kronu (təxminən 25-50 manat), xüsusi assosiasiya biletlərinin qiyməti isə 75 krona (12 manat) bərabərdir.

Qeyd edək ki, İsveç – Azərbaycan matçı martın 27-də Stokholmdakı “Friends Arena”da keçiriləcək.

Geri qayıt