Fənərbaxçanın baş məşqçisi Domeniko Tedesko İtaliyanın "La Gazzetta dello Sport" qəzetinə açıqlama verib.
Mütəxəssis adı “Fənərbaxça” ilə hallanan Kristofer Nkunku ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:
“Şayiələrdən xəbərdaram. Kristofer Nkunkunu çox bəyənirəm. Amma yanvar transfer pəncərəsi fərqlidir; kiminlə müqavilə imzalayacağınıza həmişə qərar verə bilmirsiniz. Hazırda Kristoferin Türkiyəyə gəlməsi ehtimalı çox azdır.”
Milan Şkrinyarın İtaliyaya qayıtma ehtimalı ilə bağlı suala isə belə cavab verib:
"Milan Şkrinyarın İtaliyaya qayıtmasından söhbət gedə bilməz. Onu buraxmayacağam".