Mövsümün ikinci dövrəsinə hazırlıqlarını Antalyada davam etdirən “Zirə” bu gün yoxlama oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Rumıniyanın “Çiskereda” klubu ilə qarşılaşacaq.
Matça saat 17:00-da start veriləcək.
“Zirə” Antalyada daha iki oyun keçirəcək. “Qartallar” yanvarın 16-da Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.