Qelebə.az / “Fənər”in heyətində ciddi itki - 6 həftə oynamayacaq

“Fənər”in heyətində ciddi itki - 6 həftə oynamayacaq

11-01-2026, 20:19

"Fənərbaxça" ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, komandanın müdafiəçisi Levent Mercan sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən gün Türkiyə Superkubokunun finalında "Qalatasaray"la oyunda (2:0) sağ ayağının arxa əzələsində yırtıq aşkarlanıb.

25 yaşlı oyunçu təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Levent bu mövsüm "Fənərbaxça"nın heyətində 15 rəsmi matça çıxıb və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt