Qelebə.az / ABL: “Sabah” və “Neftçi”dən qələbə

ABL: “Sabah” və “Neftçi”dən qələbə

10-01-2026, 21:08

Azərbaycan Basketbol Liqasında XII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Sabah” NTD ilə üz-üzə gəlib.

“Sərhədçi” İdman Mərkəzində baş tutan görüş qəsəbə təmsilçisinin 121:76 hesablı qələbəsi ilə yekunlaşıb.

A qrupunda isə “Neftçi” “Şəki” ilə qarşılaşıb. Oyun “ağ-qaralar”ın 82:60 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, XII tura yanvarın 11-də yekun vurulacaq.

Geri qayıt