Qelebə.az / “Mançester Yunayted” və “Tottenhem” kamerunlu futbolçu uğrunda yarışacaq

“Mançester Yunayted” və “Tottenhem” kamerunlu futbolçu uğrunda yarışacaq

9-01-2026, 14:08

“Brayton”un yarımmüdafiəçisi Karlos Baleba İngiltərə Premyer Liqasının iki klubunun maraq dairəsinə düşüb.

QELEBE.AZ “Teamtalk”-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu üçün “Mançester Yunayted” və “Tottenhem” mübarizə aparacaq.

Kamerunlu futbolçunun transfer dəyəri 60 milyon avro qiymətləndirilir. Onun “Brayton”la müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.

Baleba cari mövsümdə İngiltərə Premyer Liqasının 16 oyununda meydana çıxıb.

Geri qayıt