“Quba” basketbol klubunda ayrılıq yaşanıb.
QELEBE.AZ xəbər verir ki, Amadu Traore komandanı tərk edib.
Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
ABŞ-li basketbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Amadu Traore mövsümün əvvəlində “Quba” klubuna qoşulmuşdu.