Qelebə.az / ABL: XII tura start verilib

ABL: XII tura start verilib

8-01-2026, 22:59

Azərbaycan Basketbol Liqasında XII tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə B qrupunda iki matç keçirilib.

"Quba" öz meydanında "Ordu" ilə üz-üzə gəlib. Görüş qonaqların 116:111 hesablı qələbəsi ilə başa çatıb.

Növbəti görüşdə isə "Lənkəran" "Sərhədçi" üzərində 72:69 hesablı qələbə qazanıb. Bu matç "Sərhədçi" İdman Mərkəzində keçirilib.

Qeyd edək ki, tura yanvarın 11-də yekun vurulacaq.

Geri qayıt