Qelebə.az / "Spartak"ın yeni baş məşqçisi açıqlanıb

"Spartak"ın yeni baş məşqçisi açıqlanıb

6-01-2026, 13:41

Moskva "Spartak"ının yeni baş məşqçisi bəlli olub.

QELEBE.AZ xəbər verir ki, paytaxt təmsilçisini Xuan Karlos çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı mütəxəssislə 2028-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Xuan Karlosun son iş yeri "Pafos" olub. 52 yaşlı məşqçi yanvarın 4-də Kipr klubundan ayrılıb.

Geri qayıt