Qelebə.az / “Liverpul” – “Qarabağ” matçının biletləri satışa çıxarılıb

“Liverpul” – “Qarabağ” matçının biletləri satışa çıxarılıb

6-01-2026, 13:14

Yanvarın 28-də UEFA Çempionlar Liqasının 8-ci turu çərçivəsində keçiriləcək “Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.

QELEBE.AZ xəbər verir ki, ən ucuz biletin qiyməti 9 funt sterlinq (təxminən 21 manat) təşkil edir.

Biletlərin qiymətləri 61 funt sterlinqə (təxminən 140 AZN) qədərdir.

Son satış tarixi yanvarın 7-si olaraq müəyyən edilib.

61 min azarkeş tutumuna malik “Enfild” stadionunda keçiriləcək qarşılaşma saat 00:00-da start götürəcək.

Geri qayıt