Qelebə.az / Yüksək Liqa: Yeni ilin ilk oyunları keçiriləcək

Yüksək Liqa: Yeni ilin ilk oyunları keçiriləcək

6-01-2026, 09:34

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında yeni ilin ilk oyunları keçiriləcək.

QELEBE.AZ xəbər verir ki, kişi voleybolçuların yarışında VIII turun iki qarşılaşması azarkeşlərin diqqətinə təqdim olunacaq.

Saat 16:00-da “Neftçi” komandası “Gənclər”lə üz-üzə gələcək. Günün ikinci oyunu isə saat 18:00-da “Ordu” ilə “Murov Az Terminal” arasında baş tutacaq. Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.

Qadınların yarışında isə VI turdan təxirə salınmış “Murov Az Terminal” – “Abşeron” oyunu oynanılacaq. Qarşılaşma “Murov Az Terminal”ın idman zalında, saat 17:00-da start götürəcək.

Geri qayıt