Qelebə.az / "Zirə"nin Antalyadakı rəqibləri bəlli oldu

"Zirə"nin Antalyadakı rəqibləri bəlli oldu

5-01-2026, 17:22

Qış təlim-məşq toplanışının ikinci hissəsini Türkiyədə keçəcək "Zirə" Rumıniya, Çexiya və Ukrayna klubları ilə üz-üzə gələcək.

QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Komanda Antalyada 3 matça çıxacaq.

"Qartallar" yanvarın 12-də Rumıniyanın "Çiksereda", 16-da isə Ukraynanın "Aleksandriya" və Çexiyanın "Bohemians 1905" klubları ilə qarşılaşacaq.

Geri qayıt