Qelebə.az / Neymar PSJ-nin növbəti oyununu buraxacaq

Neymar PSJ-nin növbəti oyununu buraxacaq

31-01-2023, 16:13

Fransanın PSJ klubunun futbolçusu Neymar "Monpelye"yə qarşı keçirəcəkləri Liqa 1-in XXI tur oyununu buraxacaq.

"Report" Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçuya əzələ yorğunluğu diaqnozu qoyulub.

Braziliyalı forvardın müalicəsinə bu gündən başlanılacaq.

Qeyd edək ki, fevralın 1-də oynanılacaq "Monpelye" - PSJ matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Neymar cari mövsüm çempionatda 18 matça çıxıb, 12 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt