Qelebə.az / “Vest Hem”in hücumçusu “Sportinq”ə keçib

“Vest Hem”in hücumçusu “Sportinq”ə keçib

5-01-2026, 14:06

“Vest Hem”in hücumçusu Luis Qilyerme “Sportinq”ə (Portuqaliya) transfer olunub.

QELEBE.AZ xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı braziliyalı futbolçu ilə 2030-cu ilin yayına qədər olan müqavilə imzalanıb. O, yeni klubunda “31” nömrəli forma ilə çıxış edəcək.

Qilyerme 2024-cü ildən formasını geyindiyi Premyer Liqa təmsilçisinin heyətində 18 oyun keçirib.

Geri qayıt