Qelebə.az / Musaba rəsmən “Fənərbaxça”da

Musaba rəsmən “Fənərbaxça”da

3-01-2026, 22:13

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi “Samsunspor”un futbolçusu Entoni Musabanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, “sarı-lacivərdlilər” 25 yaşlı vingerlə 4,5 illik müqavilə imzalayıb. “Fənərbaxça” bu keçid üçün qarşı tərəfə 5 milyon avro ödəyib.

Qeyd edək ki, Musaba bu mövsüm “Samsunspor”un heyətində çıxdığı 22 rəsmi oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Geri qayıt