Qelebə.az / “Qarabağ”ın rəqibi III Liqa klubunun hücumçusunu transfer edib

“Qarabağ”ın rəqibi III Liqa klubunun hücumçusunu transfer edib

3-01-2026, 14:56

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi olan “Ayntraxt” heyətini yeni oyunçu ilə gücləndirib.

QELEBE.AZ xəbər verir ki, komanda III Liqada “Hoffenhaym-2” klubunda çıxış edən Ayub Əmaymuni-Eçquyabı transfer edib.

Bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 21 yaşlı forvardla 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı 21 yanvar saat 21:45-də başlayacaq.

Geri qayıt