Qelebə.az / "Qalatasaray" "Napoli"nin futbolçusu ilə maraqlanır

"Qalatasaray" "Napoli"nin futbolçusu ilə maraqlanır

2-01-2026, 20:40

İtaliyanın "Napoli" klubunun futbolçusu Noa Lanq karyerasını Türkiyədə davam etdirə bilər.

QELEBE.AZ xəbər verir ki, bu barədə "Il Mattino" nəşri məlumat yayıb.

Bildirilir ki, 26 yaşlı vingerlə "Qalatasaray" maraqlanır.

"Sarı-qırmızılar" niderlandlı oyunçunu qış transfer dönəmində heyətinə cəlb etmək niyyətindədir. O, hazırkı komandasında az forma şansı əldə etdiyi üçün narazıdır.

Qeyd edək ki, Noa Lanq 2025-ci ilin yayında PSV-dən "Napoli"yə keçib.

Geri qayıt