Qelebə.az / Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri "Qarabağ"a dəstək olacaq

Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri "Qarabağ"a dəstək olacaq

8-09-2022, 23:00

"Buraya "Qarabağ"a dəstək olmağa gəlmişik".

Bunu "QELEBE.AZ"a Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Cavid Nəsirli "Qarabağ"ın Almaniyada "Frayburq"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının G qrupunun I tur matçından öncə deyib.

O bildirib ki, diaspora üzvlərinin stadionda matçı izləyə bilmələri üçün əllərindən gələni ediblər: "Onların azarkeş kimi buraya toplaşmasına dəstəyimizi göstərdik".

Müşavir sonda "Qarabağ"ın çox ciddi klub olduğunu və Avropada kifayət qədər tanındığını vurğulayıb.

Qeyd edək ki, bu gün "Europa-Park" stadionunda təşkil olunacaq "Frayburq" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Geri qayıt