İtaliya A Seriyasında “Yuventus” səfərdə “Piza” üzərində inamlı qələbə qazanıb.
QELEBE.AZ xəbər verir ki, qarşılaşma Turin təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
Oyunda hesab 73-cü dəqiqədə açılıb. “Piza”nın müdafiəçisi Arturo Kalabresi topu öz qapısına göndərərək avtoqol müəllifi olub.
Matçın son nöqtəsini isə 90+2-ci dəqiqədə “Yuventus”un gənc ulduzu Kenan Yıldız qoyub.