Qelebə.az / “Mançester Siti” səfərdə “Nottingem Forest”i məğlub etdi

“Mançester Siti” səfərdə “Nottingem Forest”i məğlub etdi

27-12-2025, 18:40

İngiltərə Premyer Liqasının 18-ci turu davam edir. 

QELEBE.AZ xəbər verir ki, “Mançester Siti” səfərdə “Nottingem Forest”i məğlub edib.

Qarşılaşma Mançester təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı meydan sahibləri açıblar. Omari Hatçinson 54-cü dəqiqədə fərqlənərək “Nottingem Forest”i önə çıxarıb. Lakin qonaqlar tez toparlanıblar. Tijjani Reynders 48-ci dəqiqədə hesabı bərabərləşdirib. Matçın taleyini isə Rayan Çerki həll edib – fransalı yarımmüdafiəçi 83-cü dəqiqədə qələbə qolunu vurub.

Geri qayıt