Qelebə.az / "Qəbələ"nin baş məşqçisi dörd oyunluq cəzalanıb

"Qəbələ"nin baş məşqçisi dörd oyunluq cəzalanıb

26-12-2025, 15:15

"Qəbələ" komandasının baş məşqçisi Kaxaber Sxadadze dörd oyunluq cəzalanıb.

Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna mütəxəssisin Misli Premyer Liqasının XVI turunda, "Qarabağ"la matçda (1:2) hakimləri təhqir etməsi səbəb olub. "Qırmızı-qaralar" bu səbəbdən 10 min manat cərimələnib.

"Qəbələ" matçda dörd nəfər sarı vərəqə aldığı üçün 700, "Qarabağ" isə azarkeşlərin pirotexniki vasitədən istifadəsinə görə 5000 manat ödəməli olacaq.

Geri qayıt