Qelebə.az / "Fənərbağça" növbəti transferini rəsmiləşdirib

"Fənərbağça" növbəti transferini rəsmiləşdirib

30-01-2023, 17:53

Türkiyənin "Fənərbağça" klubu növbəti transferini gerçəkləşdirib.

"Report" İstanbul təmsilçisinin saytına istinadən xəbər verir ki, İtaliya "Parma"sının futbolçusu Ceyden Ostervoldenin keçidi rəsmiləşib.

Niderlandlı müdafiəçi ilə 4,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 21 yaşlı oyunçu 2022-ci ilin yayından "Parma"da çıxış edirdi.

Geri qayıt