Qelebə.az / Misir yığması Afrika Millətlər Kubokunda rekorda imza atıb

Misir yığması Afrika Millətlər Kubokunda rekorda imza atıb

23-12-2025, 09:25

Misir yığması Zimbabve millisi ilə matçda qapıya 35 zərbə endirib və səkkiz qol imkanı yaradıb.

QELEBE.AZ xəbər verir ki, hər iki rəqəm 2010-cu ildən bəri Afrika Millətlər Kubokunun matçı üçün ən yüksək göstəricidir.

Afrika Millətlər Kuboku - 2025-in qrup mərhələsinin ilk oyun günündə Misir yığması Zimbabveni 2-1 hesabı ilə məğlub edib. Hücumçu Məhəmməd Salah 90+1-ci dəqiqədə fərqlənərək Misirin qələbə qoluna imza atıb.

B qrupundakı digər iki komanda Cənubi Afrika Respublikası və Anqoladır. Qrupda 2-ci və 3-cü turların oyunları 26 və 29 dekabrda keçiriləcək.

Geri qayıt