Qelebə.az / Brazilya millisinin və "Barselona"nın sabiq üzvü karyerasını bitirib

Brazilya millisinin və "Barselona"nın sabiq üzvü karyerasını bitirib

23-12-2025, 10:04

“Barselona”nın sabiq futbolçusu Rafinya Alkantara futbolçu karyerasını bitirdiyini açıqlayıb.

Apasport.az xəbər verir ki, braziliyalı futbolçu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

32 yaşlı yarımmüdafiəçi 2024-cü ilin yayından etibarən klubsuz idi.

Rafinya Alkantara “Barselona”nın heyətində ümumilikdə 90 oyuna çıxıb, bu matçlarda 12 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində PSJ, “Real Sosyedad” və “İnter” kimi klubların da formasını geyinib.

O, Braziliya milli komandasında cəmi 2 oyun keçirib.

Geri qayıt