Qelebə.az / “Fənərbaxça” “Eyüpspor”u səfərdə 3 cavabsız qolla məğlub etdi

“Fənərbaxça” “Eyüpspor”u səfərdə 3 cavabsız qolla məğlub etdi

20-12-2025, 20:14

Türkiyə Super Liqasında “Fənərbaxça” səfərdə “Eyüpspor”la qarşılaşıb.

QELEBE.AZ xəbər verir ki, qonaqlar matçı 3:0 hesablı qələbə ilə başa vurub.

"Sarı-lacivərtlilər" Talişka, Asensio və Con Duranın qolları ilə qələbə qazanıblar.

Bu qələbə ilə "Fənərbaxça" xallarını 39-a çatdıraraq turnir cədvəlinin birinci pilləsinə yüksəlib. 

Geri qayıt