Qelebə.az / "Abşeron" "Turan Tovuz"la münasibətlərə aydınlıq gətirəcək

"Abşeron" "Turan Tovuz"la münasibətlərə aydınlıq gətirəcək

19-12-2025, 11:24

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun növbəti matçı keçiriləcək.

QELEBE.AZ xəbər verir ki, turun son oyun günündə "Abşeron" "Turan Tovuz"la üz-üzə gələcək.

Görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında, saat 15:00-da start götürəcək.

Qeyd edək ki, turun daha əvvəl baş tutan qarşılaşmalarda "Azərreyl" "Murov Az Terminal"ı (3:0), "Gəncə" isə UNEC-i (3:2) məğlub edib. "Milli Aviasiya Akademiyası" - "Gənclər" matçının tarixi isə dəqiqləşməyib.

Geri qayıt