Qelebə.az / “Feyenord” tribunalarında "istefa" səsləri: Van Persinin taleyi sual altındadır

“Feyenord” tribunalarında "istefa" səsləri: Van Persinin taleyi sual altındadır

19-12-2025, 10:38

Robin van Persinin “Feyenord”dakı gələcəyi sual altındadır.

Apasport.az Niderland mətbuatına istinadla xəbər verir ki, klub rəhbərliyi baş məşqçi postunda dəyişiklik variantını nəzərdən keçirir.

Son nəticələr və komandanın oyunundakı qeyri-sabitlik Van Persinin mövqeyini zəiflədən əsas amillər kimi göstərilir.

Niderland kubokunda "Heerenven"lə (2:3) oyunundan sonra azarkeşlər istefa şüarları səsləndiriblər. 

Qeyd edək ki, "Feyenord" son 10 matçda 8-də məğlub olub. 

Geri qayıt