Qelebə.az / "Barsa" Fliklə müqaviləni uzatmaq niyyətindədir

"Barsa" Fliklə müqaviləni uzatmaq niyyətindədir

18-12-2025, 16:25

İspaniyanın “Barselona” komandası baş məşqçisi Hans-Diter Flik ilə müqaviləni uzatmaq niyyətindədir.

QELEBE.AZ “Bild” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi 60 yaşlı mütəxəssisin 2028-ci ilədək komandada qalmasını istəyir. Almaniyalı çalışdırıcının Kataloniya təmsilçisi ilə hazırkı sözləşməsi gələn ilin sonuna kimidir.

Xatırladaq ki, Hans-Diter Flik ötən ilin mayından “Barselona”ya rəhbərlik edir. La Liqa klubu onun rəhbərliyi altında ilk mövsümdə İspaniya çempionluğunu, ölkə kubokunu və Superkuboku qazanıb.

Geri qayıt