Qelebə.az / Ançelottinin oğlu işsiz qalıb

Ançelottinin oğlu işsiz qalıb

18-12-2025, 10:07

Braziliyanın “Botafoqo” klubunun baş məşqçisi Davide Ançelotti ilə yollar ayrılıb.

Apasport.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Davide bu ilin yayından komandaya rəhbərlik edirdi. “Botafoqo” onun başçılığı altında 14 qələbə qazanıb, 11 dəfə heç-heçə edib, 7 dəfə uduzub.

Davide Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğludur.

Geri qayıt