Qelebə.az / Premyer Liqa klublarında UEFA PRO lisenziyalı məşqçilər üstünlük təşkil edir

Premyer Liqa klublarında UEFA PRO lisenziyalı məşqçilər üstünlük təşkil edir

17-12-2025, 15:11

Azərbaycan futbol liqalarında çalışan baş məşqçilərin lisenziya növləri ilə bağlı statistika açıqlanıb.

QELEBE.AZ xəbər verir ki, Premyer Liqa klublarında üstünlük UEFA PRO lisenziyasına malik mütəxəssislərdədir.

Yüksək liqada çıxış edən komandalardan 8-nin baş məşqçisi UEFA PRO, 2-si UEFA A lisenziyasına sahibdir. 

I Liqa klublarında isə daha müxtəlif mənzərə müşahidə olunur. Bu liqada 5 məşqçi UEFA A, 3 məşqçi UEFA B, 2 məşqçi isə UEFA PRO lisenziyası ilə fəaliyyət göstərir.

II Liqada çalışan mütəxəssislər arasında UEFA B lisenziyalı məşqçilər üstünlük təşkil edir. Aşağı liqada 3 məşqçi UEFA B, 2 məşqçi UEFA A, 1 məşqçi isə UEFA PRO lisenziyasına malikdir.

Geri qayıt