Qelebə.az / Braziliya klubu Neymarla yeni müqavilə imzalayacaq

Braziliya klubu Neymarla yeni müqavilə imzalayacaq

17-12-2025, 12:03

Braziliyanın "Santos" komandası hücumçusu Neymarla yeni müqavilə barədə danışıqlara başlayıb.

Apasport.az ESPN nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi 33 yaşlı futbolçu ilə razılıq əldə edib.

Braziliya təmsilçisi oyunçunu 6 aylıq sözləşmə ilə 2026-cı il dünya çempionatına qədər komandada saxlamaq niyyətindədir.

Qeyd edək ki, Neymarın “Santos”la müqaviləsi bu ilin sonunda başa çatacaq.

Geri qayıt