Qelebə.az / Türkiyədə Mərkəzi Hakimlər Komitəsinin sədri istefa verib

Türkiyədə Mərkəzi Hakimlər Komitəsinin sədri istefa verib

28-01-2023, 17:28

Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Sabri Çelik vəzifəsindən ayrılıb.

"QELEBE.AZ"un qurumun rəsmi saytına istinadən məlumatına görə, o, istefa ərizəsini TFF-yə təqdim edib. Çelik MHK üzvləri ilə birlikdə istefa verib.

Sədrin ərizəsinin qəbul olunduğu bildirilib.

Qeyd edək ki, Sabri Çelik ötən ilin aprelində bu vəzifəyə təyin edilmişdi. O, cəmi 9 ay postunda qalıb.

Geri qayıt