"Milan"da yeni müqavilə qeydə alınıb.
QELEBE.AZ xəbər verir ki, komanda yarımmüdafiəçi Aleksis Salemakers ilə razılıq əldə edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı belçikalı ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Aleksis Salemakers 2020-ci ildən "Milan"da çıxış edir.