Qelebə.az / Yüksək Liqa: VII tura start veriləcək

Yüksək Liqa: VII tura start veriləcək

15-12-2025, 09:32

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII tura bu gün start veriləcək.

QELEBE.AZ xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

"Gənclər" komandası "Azərreyl"lə üz-üzə gələcək. Görüş Abşeron Olimpiya İdman Kompleksində, saat 17:00-da başlayacaq.

Qeyd edək ki, tura dekabrın 17-də yekun vurulacaq.

Geri qayıt