Qelebə.az / Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib

Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib

28-01-2023, 16:20

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların keçiriləcəyi vaxt dəqiqləşib.

"QELEBE.AZ"un məlumatına görə, qadın voleybolçuların Yüksək Liqasında II dövrəyə yanvarın 30-da start veriləcək. Həmin gün IV turda “Murov” - “Azərreyl” və UNEC - “Abşeron” matçları baş tutacaq. Görüşlər müvafiq olaraq saat 16:00 və 18:00-da başlayacaq.

Yanvarın 31-də isə kişi voleybolçuların Yüksək Liqasında II turdan təxirə salınmış “Neftçi” - “Xarı bülbül” oyunu keçiriləcək. Bu qarşılaşma saat 16:00-da start götürəcək.

Qeyd edək ki, oyunlar Voleybol Mərkəzində təşkil olunacaq.

Geri qayıt