Misli Premyer Liqasının XV turunda bu gün daha iki görüş baş tutacaq.
QELEBE.AZ xəbər verir ki, günün ilk oyununda "Kəpəz" Yevlax şəhər stadionunda "Qəbələ"ni qəbul edəcək.
"Qəbələ" hazırda turnir cədvəlində 8 xalla 10-cu pillədə qərarlaşıb. 6 xala malik Gəncə təmsilçisi isə 11-cidir.
Misli Premyer Liqası
XV tur
14 dekabr
14:00. "Kəpəz" – "Qəbələ"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
Yevlax şəhər stadionu