İngiltərə Premyer Liqasında XVI turun oyunları davam edir.
QELEBE.AZ xəbər verir ki, günün son matçında lider "Arsenal" öz meydanında autsayder "Vulverhempton"u qəbul edib.
Gərgin keçən qarşılaşmada qapılara 3 qol vurulub. Görüş "topçular"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.