Qelebə.az / İspaniya millisinin üzvü zədələndi - 3 ay oynamayacaq

İspaniya millisinin üzvü zədələndi - 3 ay oynamayacaq

12-12-2025, 18:58

“Komo”nun futbolçusu Alvaro Moratanın zədə müddətinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, 33 yaşlı forvard 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, ispaniyalı hücumçu “İnter”lə səfər matçında (0:4) zədələnmişdi.

Qeyd edək ki, Morata A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Geri qayıt