Qelebə.az / Bakıda aerobika və akrobatika gimnastikası üzrə çempionatlar keçiriləcək

Bakıda aerobika və akrobatika gimnastikası üzrə çempionatlar keçiriləcək

10-12-2025, 19:22

Bakıda “Aerobika gimnastikası üzrə 9-cu Bakı çempionatı”, “Akrobatika gimnastikası üzrə 30-cu ölkə çempionatı” və Bakı birinciliyi keçiriləcək.

QELEBE.AZ xəbər verir ki, yarışlar Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunacaq.

Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun müxtəlif proqramlarda çıxış edəcəklər.

Birincilik 13–14 dekabr tarixlərində baş tutacaq.

Geri qayıt