Qelebə.az / UEFA Region Kubokunun püşkü atılıb

UEFA Region Kubokunun püşkü atılıb

10-12-2025, 19:45

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Region Kubokunun 2026/2027-ci illər mövsümünün ilk raundunun püşkü atılıb.

Apasport.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edəcək komanda ilkin mərhələdən mübarizəyə başlayacaq.

Azərbaycan komandası ilkin mərhələnin 7-ci qrupunda Polşa, Türkiyə və Rumıniya kollektivləri ilə mübarizə aparacaq.

Bu raundun oyunları 2026-cı ilin sentyabr-dekabr ayları aralığında Türkiyədə baş tutacaq.

Geri qayıt