Qelebə.az / Salah bu klublardan təklif gözləyir

Salah bu klublardan təklif gözləyir

9-12-2025, 15:11

“Liverpul” futbolçusu Məhəmməd Salahı satmaq istəyir.

QELEBE.AZ xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Qırmızılar” əsas komandadan kənarlaşdırılan misirli hücumçu üçün gələcək təklifləri dəyərləndirəcək.

Salah “Barselona”, “Real” və “Bavariya”dan təklif gözləyir. 33 yaşlı futbolçu karyerasına böyük klubda davam etmək niyyətindədir.

Bu mövsüm az şans qazanan Salah ehtiyatda qaldığı üçün klub rəhbərliyini tənqid edib və bu səbəbdən əsas komandadan kənarlaşdırılıb.

Geri qayıt