Qelebə.az / Britaniyalı milyarder "Mançester Yunayted" klubunu alır

Britaniyalı milyarder "Mançester Yunayted" klubunu alır

27-01-2023, 18:05

Britaniyalı iş adamı Cim Retkliff İngiltərənin “Mançester Yunayted” klubunun səhmlərini almağa hazırlaşır.

“Report” “Tuttomercatoweb”ə istinadən xəbər verir ki, milyarder "qırmızı şeytanlar”ın rəhbərliyi ilə danışıqlara başlayıb.

O, klubun səhmləri üçün 4 milyard funt sterlinq təklif edib. Tərəflərin bu məbləğdə anlaşacağı və Retkliffin “Mançester Yunayted”in yeni sahibi olacağı gözlənilir.

Qeyd edək ki, “Mançester Yunayted”ə 2005-ci ildən amerikalı iş adamı Malkolm Qleyzer rəhbərlik edir.

Geri qayıt