“Milan”ın heyətində ciddi itki yaşanıb.
QELEBE.AZ xəbər verir ki, komandanın aparıcı oyunçularından Rafael Leao sıradan çıxıb.
26 yaşlı vinger A Seriyasının XIV turu çərçivəsində keçirilən “Torino” ilə matçın (4:2) 33-cü dəqiqəsində zədə alaraq meydanı tərk edib.
Portuqaliya millisinin üzvünün vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Leao bu mövsüm “Milan”ın heyətində meydana çıxdığı 11 rəsmi qarşılaşmada 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.