Qelebə.az / Millimiz beynəlxalq turnirdə ikinci olub

Millimiz beynəlxalq turnirdə ikinci olub

9-12-2025, 00:11

Azərbaycanın basketbol üzrə yeniyetmə qızlardan və oğlanlardan ibarət komandaları Belarusun paytaxtı Minskdə keçirilən Vladimir Rıjenkov adına XXVIII beynəlxalq turnirdə çıxışlarını başa vurublar.

QELEBE.AZ xəbər verir ki, qızlardan ibarət U-16 millisi ikinci, oğlanlardan ibarət komanda isə dördüncü olub.

Bundan əlavə, 3 basketbolçumuz - Leyla Allahverdiyeva, Polina Şukina və Faiq Kərimov xüsusi nominasiyalarda mükafatlandırılıblar.

Geri qayıt