Türkiyə Super Liqasında XV turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında “Gənclərbirliyi” öz meydanında “Fatih Karagümrük”ü qəbul edib.
Ev sahibləri rəqibini 3 cavabsız qolla məğlub edib – 3:0.
Turun digər qarşılaşmasında isə çempionluğa iddialı “Trabzonspor” səfərdə “Göztəpə” ilə qarşılaşıb. “Beşiktaş”dan icarəyə götürülən Ernest Muçinin dubl etdiyi matçda Qara dəniz təmsilçisi rəqibinə 2:1 hesabı ilə qalib gəlib.