Qelebə.az / “Qalatasaray”ın Lukman israrı davam edir - 50 milyon təklif ediləcək

“Qalatasaray”ın Lukman israrı davam edir - 50 milyon təklif ediləcək

4-12-2025, 21:49

"Qalatasaray"ın Ademola Lukman israrı davam edir.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi hazırda “Atalanta” ilə anlaşmazlıqlar yaşayan hücumçu üçün təklif hazırlayıb.

Bu barədə “Fichajes” nəşri məlumat yayıb.

Mənbəyə görə, “sarı-qırmızılılar” 28 yaşlı forvard üçün klubuna 50 milyon avro, oyunçunun özünə isə illik 6 milyon avro təklif etməyə hazırdır.

Qeyd edək ki, Nigeriya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisi ilə çıxış etdiyi 13 rəsmi matçda 3 qol və 1 assistlə yadda qalıb.

Geri qayıt