Qelebə.az / Millimiz Çexiya yığmasına məğlub olub

Millimiz Çexiya yığmasına məğlub olub

3-12-2025, 12:56

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verib.

QELEBE.AZ xəbər verir ki, 13-cü qrupda yer alan komanda Çexiya yığması ilə üz-üzə gəlib.

Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda keçirilən matç rəqibin 6:1 hesablı qələbəsi ilə bitib.

Yığmanın yeganə qolunu 70-ci dəqiqədə Şahismayıl Cəfərov vurub.

Qeyd edək ki, U-19 noyabrın 15-də Şimali İrlandiya, üç gün sonra Malta ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki görüş Maltanın Ta Qali şəhərində keçiriləcək.

Geri qayıt