Qelebə.az / Komandası məğlub oldu, istefa verdi

Komandası məğlub oldu, istefa verdi

30-11-2025, 11:08

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

QELEBE.AZ xəbər verir ki, "Rizespor"u çalışdıran İlhan Palut postunu tək edib.

49 yaşlı mütəxəssis Super Liqanın 14-cü turunun "Kayserispor"la matçından sonra qərarını açıqlayıb. O, istefa verdiyini bildirib.

Qeyd edək ki, İlhan Palut 2023-cü ilin yayında "Rizespor"un baş məşqçisi postuna təyin olunmuşdu. Komanda Super Liqada 14 turdan sonra 14 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Geri qayıt